Mikayıllı Asim - Bilməyəcək (Official Video)
Söz: Mikayıllı Asim
Mus:Mikayıllı Asim
Montaj: Mikayıllı Asim
"Bilməyəcək" sözləri:
Mənimdə qəlbim yaradır
Yazdığım hərşey yaradır
Mən kiməm ki, nəsə yaradım sənçün?
Yarananları Allah yaradır!
Heçkimə yoxsan yara varsan
Qəlbimi versəm yaralarsan
Mən səninlə sarıdım yaralarımı hərgün
İndi isə heçnəyə yaramırsan.
Zamanla hərşeyi biləcəksən
Getdiyin kimidə gələcəksən
Sevdiyin insanı seçməmisənsə
Seçdiyin insanı sevəcəksən.
Razıyam eybi yox yaram olsun
Mənimdə çox pul-param olsun
Mən boğazımdan kəsib səninçün
Etdiyim hərşey haram olsun.
Sən məni, oda səni incidəcək
Etdiyin hərşeyi sənə edəcək
O qədər arxayn olma özündən
Getməz dediyin hərkəs gedəcək.
Hərşeyi atdım oda yansın
Mən necə yandım oda yansın
Dayanmadım mən sənin yanında
Qoy səni sevsin oda yansın.
Ömrümü yemisən dünya sən
Qalan ömrümüdə ye doymasan
Nə var əlimdən aldın bir-bir
Çox ədalətsiz dünyasan
Ey dünya borclusan
Qaytarmırsan borcu sən
Sən məndən daha nə istəyirsən?
Mənə uşaqlığımı borclusan.
Bilməyəcək, bu dərdimi bir kimsə bilməyəcək
Bu ağrılar acılar dinməyəcək
Bu belə bitməyəcək.
Bilməyəcək, bu dərdimi bir kimsə bilməyəcək
Bu ağrılar acılar dinməyəcək
Bu belə bitməyəcək.
Kaş səni sevmək yuxu olaydı
Yuxu görəydim, yuxu biləydim
Yuxuda başlayıb, yuxu qalaydı
Yenə yataydım, yenə görəydim.
O xəstəliklər mualicəsizdi
Tez yoluxursan ama gec ölürsən
Yaxşını pisdən ayırmaq olmur
Canın sağ olsun demə, sağ olmur
Hərşeyi tapacaq həll
Getməyinin bir mənası yoxdu
Mən sənə uzadıram əl
Hərşeyə inan və gəl.
Saxtalıq hardadı ordasan
Bir anlıq hissin qurbanısan
Sevgi ürəydən gəlir sən amma
Adi hisslərin insanısan.
Hansına dost deyib dost eliyəsən
And ola Allaha yordular məni
Çörək kəsməyə bıçaq gətirdim
Sonrada bıçaqla vurdular məni.
Boş şeydi, ondan anla
Yada saldıqca ağla
Eybi yox indi anlamasın
Zamanı gəlincə anlar.
Deyilsə ürəyin daşdan
Utan gözündəki yaşdan
Anlamasan mən deyən sözləri
Birdə qulaq as başdan.
Bilməyəcək, bu dərdimi bir kimsə bilməyəcək
Bu ağrılar acılar dinməyəcək
Bu belə bitməyəcək.
Bilməyəcək, bu dərdimi bir kimsə bilməyəcək
Bu ağrılar acılar dinməyəcək
Bu belə bitməyəcək.
Müəllif hüquqları "Baku Cms Media" tərəfindən qorunur! Nüsxələnməsi və ya yenidən yayımlanması qadağandır!