Şəxsi biznesinizə başlamağınıza mane olan 6 qorxu

Channel:
Subscribers:
10,300
Published on ● Video Link: https://www.youtube.com/watch?v=8xT-gu3e9-U



Category:
Vlog
Duration: 2:49
5 views
1


Şəxsi biznesinizə başlamağınıza mane olan 6 qorxu.

1. Müvəffəqiyyətsizlik:

Psixoloqların dediyinə görə, müvəffəqiyyətsiz olma qorxusu insan anatomiyasının bir hissəsidir. Buna qalib gəlmək isə yalnız sizdən asılıdır. Bu qorxunu məğlub etmək üçün mövcud işinizdə və bu işinizdən əldə etdiyiniz gəlirin sizin üçün kafi olub olmadığına qərar verməlisiniz, qorxusuzluq tam olaraq müvəffəqiyyət demək deyil.

2. Yetərsizlik:

İçinizdəki səs mövcud işinizi itirmək yerinə, əlinizdə saxlamağı istəyir. Bu qorxunu məbluğ etmək üçün keçmişdə özünüzdən əmin olaraq bacardığınız şeyləri düşünün. Özünüzdən əmin olmanız müvəffəqiyyəti təmin edəcəkdir. Hər kəs özünü bəzən etibarsız və dəyərsiz hiss edir. Amma siz professional olaraq bu duyğuları özünüzdən uzaqda saxlamalısınız.

3. Alçaldılma:

Bəzən rədd edilmə və ya lağa qoyulma qorxusu müvəffəqiyyətsiz olma qorxusundan daha çox ola bilir. Bu qorxuya qalib gəlməzdən əvvəl unutmayın ki, çox adam şəxsi biznesinə ilk başladığı zamanlarda özünü peşman olmuş kimi hiss edir. Ən yaxınlarındakıların belə onları ciddiyə almadıqlarından qorxmağa başlayır. Onlara gülmələrindən qorxurlar.

4. Yoxsulluq:

Әlimizdəki işi tərk edib başlayacağımız işdə müvəffəqiyyətsiz olma vəziyyətində kasıb qalmaq qorxusu çox adamın ən böyük qorxularından biridir. Əgər işimizdə olduğumuz mövqeyə gəlməyimizə böyük əməklər sərf etmişiksə qərar vermə vəziyyəti daha da çətinləşir. Bunun üçün əvvəlcə hədəflərinizi böyük tutmalısınız. Bir neçə kiçik müvəffəqiyyətlə kifayətlənmək yoxsa həyatınızı tamamilə dəyişdirəcək böyük uğurlara imza atmaq istəyib istəmədiyinizi düşünməlisiniz. Özünüzə güvənirsinizsə və edəcəyiniz iş üçün həqiqətən həyəcanlanırsınızsa böyük uğurlar üçün bir neçə kiçik müvəffəqiyyəti görməməzlikdən gəlmək sizin üçün bir qorxu olmamalıdır.

5. Ayrılıq:

Əlinizdəki hər şeyi itirərək, hər şeydən uzaqlaşmaq qorxusu uğur üzərində böyük təsir yaradan qorxudur. Bir işə başlayarkən içinizdə yaranan klassik ayrılıq narahatlıqları ola biləcək ən böyük şübhədir. Müvəffəqiyyətsiz olsanız belə sevdiklərinizin sizi tərk etməyəcəyinə, həmişə yanınızda olacağına əmin olun. Əgər yanınızda olmasalar, bilin ki, həyatınızda onsuz da gerçək dostlar deyilmişlər.. Kədərlənmənizə ehtiyac yoxdur, əksinə gerçək üzlərini gördüyünüz üçün xoşbəxt olmalısınız.

6. Müvəffəqiyyət:

Bu qorxu yeni bir həyata başlama mərhələsində çox insanın başına bəla olur. Nəticədə bu qorxu yetərsizlikdən yaranır. Çox insan standart yaşamağı sevir. Amma iş həyatı və həyat bir neçə dəfə dəyişikliyə uğrayır. Əgər yeni işinizdə uğurlu və ya uğursuz olmaqdan qorxursunuzsa, bu işə başlamasanız yaşayacağınız o peşmançılığı və psixoloji vəziyyəti də düşünün.







Tags:
#youtubeshorts
#factshorts
#shortsclip
#shortscomedy
#shortstiktok
#youtubeshort
#shortsart
#shortsfunny
#shortscraft
#gamer
#funny
#youtubeislife
#memes
#youtubers
#gaming
#vlog
#tiktok
#vlogging
#vlogger
#blogger
#vloglife
#youtubechannel
#follow
#video
#blog
#comedy
#meme
#funnymemes
#justmemes
#fun
#trending
#funnyvideos
#comedyvideos
#funnyvideosdaily
#funnyvideosv