Qozun inanılmaz faydaları

Channel:
Subscribers:
10,300
Published on ● Video Link: https://www.youtube.com/watch?v=Q838pl6XDIU



Category:
Vlog
Duration: 3:02
18 views
0


Qozun inanılmaz faydaları.
Qoz ən yaxşı zülal mənbələrindəndir. O lif, B vitamini, maqnezium, və E vitamini kimi antioksidantlarla zəngindir. Ümumiyyətlə qoz- fındıqda yüksək miqdarda bitki sterolları və omeqa 3 turşuları var.

Qozun gündəlik qəbulu 100 qramdan artıq olmamalıdır. Əks halda, ağızda səpgi və ya baş ağrıları da daxil olmaqla sağlamlıq problemləri yarana bilər.

Sən demə, gündə 4-5 ədəd təzə qoz yemək insanı bir çox xəstəliklərdən, o cümlədən onkoloji proseslərdən qoruya bilər. Bu barədə məşhur türk həkim onkoloqu Osman Erk bildirib. Onun sözlərinə görə, qoz insanı nəinki onkoloji xəstəliklərdən , eləcə də depressiya və qocalıq əqli geriliyindən qoruya bilər. Aparılan araşdırmalar göstərir ki, qoz yemək əsasən də süd vəzi, prostat xərçəngi riskini azalda bilər.

Artıq çəki yüksək qan şəkəri riskini artırır. Müşahidə tədqiqatları göstərir ki, qoz şəkər xəstəliyi riskinin aşağı salır. Eyni zamanda, artıq çəkidən əziyyət çəkənlərə müəyyən miqdarda qoz istehlakı tövsiyə edilir.

Son illər ərzində aparılan elmi tədqiqatlar göstərib ki, qozda olan Omeqa 3, antioksidant, vitamin, minerallar ürəyin işini yaxşılaşdırır.

Qoz damar tıxanmasının qarşısını alır, yüksək təzyiqə qarşıdır.

Qoz uşaqların da qidasında olmalıdır. 3 yaşından yuxarı uşaqlar gündə 3-4 ədəd qoz yeməlidir. Çünki orqanizmdə doymuş yağ turşularının normada olmasına diqqət yetirmək lazımdır.

Yuxusuzluğun qaynağı nə olursa olsun, nizamlı qoz yemək bu problemi ortadan qaldırır. Hər gecə yatarkən mütləq 10 təzə qoz yeyin. Təsirini dərhal görəcəksiniz. Qoz ehtiva etdiyi yüksək miqdardakı omeqa 3 turşuları ilə bir zəka qidası hesab edilir. O, həmçinin ürəyə gedən damarları qoruyur və beləcə, dinc yuxunu təmin edər. Qoz bəzi hormonların miqdarını da bədəndə təbii olaraq artmasını təmin edir. Bunlardan biri də melatonindir. Melatonin isə öz növbəsində yatmağa nəzarət edən bir mexanizmdə rol alır. Qoz melatoninin insan bədənində istifadəyə hazır formasını ehtiva edən nadir qidalardan biridir . Eyni zamanda, qoz yaşlılarda yaddaşı gücləndirir.Üz dərisinin qocalmasını da gecikdirir.

Qida dəyərinə görə qoz kartofdan 7 dəfə, süddən 10 dəfə, çörəkdən isə 3 dəfə daha kalorilidir.

Ümumilikdə bu gün insanlar qozun 21 növü yetişdirirlər.

Qoz ləpəsindən əldə edilən yağla üz ləkələrini masaj etsəniz, ləkələrdən azad olarsınız. Bu yağdan qaralmaq üçün də istifadə edilir. Gözaltı qırışların aradan qaldırılmasına da faydalıdır. Üzü nəmləndirir. Qozun yaşıl və ya qəhvəyi rəngli qabıqlarını qaynadıb içmək qanın təmizlənməsinə səbəb olur. Qabıqların qaynadıldığı suyla saçımızı yaxalasaq saç tökülməsinin qarşısı alınar,parlaqlıq verər.

Qozun yarpaqlarını suda qaynadaraq alınan məhlul ilə qarqara edilərsə, ağız qoxusu aradan qalxar. Bu, bir dəfə deyil, vaxtlı-vaxtında edilsə, faydalarını görəcəksiniz. Qoz, həmçinin yodla zəngindir . Zob xəstəlikləri zamanı vasitəçi məhsul kimi müsbət təsir edən çərəzlərdəndir.
Mənbə : İki sahil







Tags:
#youtubeshorts
#factshorts
#shortsclip
#shortscomedy
#shortstiktok
#youtubeshort
#shortsart
#shortsfunny
#shortscraft
#gamer
#funny
#youtubeislife
#memes
#youtubers
#gaming
#vlog
#tiktok
#vlogging
#vlogger
#blogger
#vloglife
#youtubechannel
#follow
#video
#blog
#comedy
#meme
#funnymemes
#justmemes
#fun
#trending
#funnyvideos
#comedyvideos
#funnyvideosdaily
#funnyvideosv